Erkək ayıdöşəyi
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü.
== Botaniki təsviri ==
Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir.
Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.